Avq 31, 2015 14:16 Asia/Baku
  • İraq Kürdüstanı məntəqəsi neftinin Sionist rejimə satışı
    İraq Kürdüstanı məntəqəsi neftinin Sionist rejimə satışı

İraqın Neft Nazirliyi bu ölkənin Kürdüstan məntəqəsi neftinin İsrail rejiminə satışı haqda araşdırma aparmasını bildirib.

İraq NN-nin sözçüsü Asim Cihad bazar günü Əl-əman qəzetinə verdiyi müsahibəsində bəyan edib: Bu nazirlik Kürdüstan məntəqəsi neftinin Sionist rejimə satışı mövzusunun aydınlaşması üçün peyk sistemləri vasitəsi ilə neft tankerlərinin tranzitinə nəzarət edir.
Asim Cihad Sumu neft şirkətinin nəzarətindən xaric neftin Kürdüstana ixrac edilməsi haqda İraq neft nazirliyinin etdiyi xəbərdarlığına toxunaraq qeyd edib: Neft tankerlərinin dayandırılması və təxliyəsi məhəllindən götürülən peyk nümunələrinin nəticələri neft ixracı mövzusunun şəffaflaşdırılması üçün zəruridir.
İraq Neft Nazirliyinin sözçüsü xatırladıb: Kürdüstan məntəqəsinin İraqın mərkəzi hakimiyyətindən icazəsi olaraq Sionist rejimə neft satmağa başladığı təqdirində bu nazirlik Ərbil məhkəmələrinə qarşı şikayət qaldıracaq.
Faynəşnal Tayms qəzeti bir məlumatda bildirib: ötən bir neçə ayda sionist rejim 175 faizdən çox neftini İraq kürdüstanından idxal etmişdir.
Daxil olan məlumata əsasən ötən aydan etibarən Sionist rejim İraq Kürdüstan məntəqəsindən 19 milyon barel neft satın almağa təşəbüs göstərmişdir ki, iki tərəf arasında imzalanan müqavilələrdə bu həcmin dəyəri bir milyard dollar dəyərləndirilib.
2014- ü ilin dekabrın ayında Ərbil və İraq arasında imzalanan müqaviləyə əsasən Kürdüstan məntəqəsi öhdəlik götürüb ki gün boyu 550 min barel neft ixrac etməlidir ki bu həcmdə neft Sumu şirkəti tərəfindən satış üçün nəql olunsun.

Teqlər