Bağdadın şimalında terror partlayışı
https://azeri.sahartv.ir/news/qərbi_asia-i197315-bağdadın_şimalında_terror_partlayışı
Bağdadın şimalında bir neçə bomba partlayışı on bir nəfərin ölümü ilə nəticələnib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 04, 2015 05:03 Asia/Baku
  • Bağdadın şimalında terror partlayışı
    Bağdadın şimalında terror partlayışı

Bağdadın şimalında bir neçə bomba partlayışı on bir nəfərin ölümü ilə nəticələnib.

Press TV-nin məlumatına görə, cümə axşamı günü Bağdadın şimalından əlli kilometr aralıda yerləşən Tərmiyyə şəhərindəki partlayışlar nəticəsində iyirmidən çox insan da yaralanıbdır.



Bu məlumata görə, Tərmiyyə şəhərindəki satış mərkəzlərindən birində baş vermiş bu partlayışların birində üç nəfər ölüb, on nəfər də yaralanıbdır.



Həmçinin Bağdadın ətrafında baş vermiş digər bir partlayışda səkkiz nəfər ölüb, 18 nəfər də yaralanıbdır.



İndiyədək heç bir şəxs və ya qrup bu partlayışların məsuliyyətini üzərinə götürməyib, lakin iraqlı rəsmilər əksərən bu cür partlayışlarda İŞİD-in məsuliyyət daşıdığını bildirirlər.