Neftin ucuzlaşması Ərəbistanı büdcəni azaltmağa məcbur etdi
Sen 07, 2015 10:13 Asia/Baku
-
Neftin ucuzlaşması Ərəbistanı büdcəni azaltmağa məcbur etdi
Səudiyyə Ərəbistanının iqtisadiyyat naziri İbrahim əl-İsaf deyib: Neftin qiymətinin ucuzlaşmasını nəzərə alaraq, Ər-Riyad büdcələri və xərcləri azaldır və dövlətin bəzi layihələrinin icrasını təxirə salır.
Səhər Beynəlxalq Televiziyasının BCC-yə istinadla verdiyi məlumata görə, İbrahim əl-İsaf CNBC telekanalının ərəbcə xidmətinə verdiyi müsahibədə iddia edib ki, ölkəsi neftin aşağı qiymətinin idarə olunması üçün y axşı şəraitdədir.Büdcənin azaldılmasının detalları barədə heç bir açıqlama verməyən ərəbistanlı nazir əlavə edib: Bəzi xərclərin təmin olunması üçün qiymətli kağızlar paylanacaqdır.
Dünyada ən böyük neft ixracatçısı olan Ərəbistan neftin qiymətinin ucuzlaşmasına baxmayaraq hələ də öz istehsal həcmini qoruyub.