Sen 14, 2015 10:53 Asia/Baku
  • 250 min yəmənli ailə didərgin vəziyyətinə düşüb
    250 min yəmənli ailə didərgin vəziyyətinə düşüb

Yəmənli didərginlərin nicatı bölməsi Ərəbistanın Yəmənə olan hücumları nəticəsində 250 mindən çox yəmənli ailənin didərgin vəziyyətinə düşməsindən xəbər verib.

Yəmənin Səba xəbər agentliyinin verdiyi məlumata görə, Yəmənli didərginlərin nicatı bölməsi bir hesabat yayaraq, bildirib ki, Ərəbistanın mart ayından başlanan hava hücumlarının davam etməsi indiyə kimi 253463 ailə öz yaşayış yerindən didərgin düşüb.


Bu məlumata görə, 1 milyon 617 min nəfər ərzaq, dərman və sığınacaq çatışmazlığından əziyyət çəkir.


Bu hesabatda Yəmən xalqının acınacaqlı durumunun davam etdiyi bildirilir və deyilir: insanlar içməli su və səhiyyə problemləri ilə də üz-üzədirlər.


Ərəbistanın Yəmənə qarşı təcavüzləri 26 mart 2015-ci il tarixindən başlanıb və indiyə kimi minlərlə nəfərin ölməsi və yaralanmasına səbəb olub.

Teqlər