Okt 06, 2015 12:34 Asia/Baku
  • İraqda qanlı terror 57 can aldı
    İraqda qanlı terror 57 can aldı

İraqın müxtəlif məntəqələrində baş vermiş partlayışlarda 57 nəfər həlak olub.

PressTV-nin məlumatına görə, İraqın müxtəlif məntəqələrində bomba quraşdırılmış avtomobillərdən istifadə edərək, 3 partlayış törədilib. 57 nəfərin həyatını itirdiyi bu partlayışlarda 70 nəfərin də yaralandığı bildirilir.
Bu məlumata görə, ən güclü partlayış Diyalə vilayətinin şərqində, Xalis şəhərində baş verib. 35 nəfər ölüb, 30 nəfər isə yaralanıb.
İraq polisinin verdiyi məlumata görə, bu hadisə bir aptekin önündə park edilmiş avtomobilin partladılması nəticəsində baş verib.
Həmçinin, Bağdadda bomba quraşdırılmış avtomobilin partladılması nəticəsində 12 nəfər həlak olub, 20 nəfər isə yaralanıb.
Üçüncü partlayış isə Zübəyr şəhər bazarında törədilib. 10 nəfər ölüb, 20 nəfər isə yarlanıb.

Teqlər