Okt 27, 2015 08:53 Asia/Baku
  • Ərəbistanın cənubundakı bir şiə məscidində partlayış
    Ərəbistanın cənubundakı bir şiə məscidində partlayış

Ərəbistanın cənubunda yerləşən Nəcran vilayətindəki bir məsciddə baş verən partlayışda bir qrup insan həlak olub, bir qrup şəxs də yaralanıbdır.

Livanın Əlməyadin telekanalının məlumatına görə, bu partlayışda dörd nəfər ölüb, otuz nəfər də yaralanıbdır.
Partlayış amili olan terrorçu-kamikadze Nəcran vilayətində yerləşən Dəhzə məntəqəsindəki Əlməşhəd məscidi qarşısında duraraq, namazqılanların məsciddən çıxdıqları zaman özünü partladıb.
Əlməşhəd məscidi Ərəbistanın cənubunda yerləşən ismaililər qrupunun üçüncü böyük məscidi sayılır.
Terrorçu və təkfirçi İŞİD qrupu bir bəyanatda bu partlayışın məsuliyyətini üzərinə götürüb.
Bundan qabaq Ərəbistanın cənubu və şərqindəki şiə məscidləri terror partlayışları hədəflərinə çevriliblər və hər dəfə terrorçu İŞİD qrupu bu partlayışların məsuliyyətini üzərinə götürübdür.

Teqlər