Noy 25, 2015 14:35 Asia/Baku
  • Qərb sahilində ABŞ dövlət katibinə qarşı aksiya
    Qərb sahilində ABŞ dövlət katibinə qarşı aksiya

ABŞ dövlət katibinin İordan çayının qərb sahilinə səfəri fələstinlilərin etirazı ilə üzləşib.

ABŞ dövlət katibinin İordan çayının qərb sahilinə səfəri fələstinlilərin etirazı ilə üzləşib.
Nəba xəbər agentliyinin məlumatına görə, İordan çayının qərb sahilində yaşayan fələstinlilər ABŞ dövlət katibi Con Kerrinin Ramullah şəhərinə səfərinə və Fələstin muxtariyyətinin başçısı Mahmud Abbas və fələstinli məsul şəxslərlə görüşünə qarşı aksiya keçiriblər.
Aksiya iştirakçıları şüarlar verərək, fələstinli məsul şəxslərdən istəyiblər ki, Kerrinin Qüds intifazəsi barədə təkliflərini qəbul etməkdən çəkinsinlər.
Con Kerri çərşənbə axşamı günü səhər də sionist rejimin baş naziri Benyamin Netanyahu ilə görüşdə Qüds intifazəsini pisləyib və onu terror hərəkəti adlandırıb. Kerrinin sözləri fələstinlilərin kəskin reaksiyasına səbəb olub.
Belə bir şəraitdə, ABŞ dövlət katibi çərşənbə axşamı günü gecə Fələstin muxtariyyətinin başçısı ilə görüşdə sionist rejimin cinayətlərinə məhəl qoymadan Qüds intifazəsinin dayandırılması və fələstinli məntəqələrdə dincliyin yaradılması vacibliyini vurğulayıb.

Teqlər