İraqın şimalında yezidi kürdlərinin 3-cü kütləvi qəbri aşkar edildi
https://azeri.sahartv.ir/news/qərbi_asia-i200171-İraqın_şimalında_yezidi_kürdlərinin_3_cü_kütləvi_qəbri_aşkar_edildi
İraqın şimalında içərisi yezidi kürdlərinin cənazələri ilə dolu olan daha bir kütləvi qəbir aşkar edilib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 28, 2015 16:10 Asia/Baku
  • İraqın şimalında yezidi kürdlərinin 3-cü kütləvi qəbri aşkar edildi
    İraqın şimalında yezidi kürdlərinin 3-cü kütləvi qəbri aşkar edildi

İraqın şimalında içərisi yezidi kürdlərinin cənazələri ilə dolu olan daha bir kütləvi qəbir aşkar edilib.

PressTV-nin məlumatına görə, İraqın şimalında Mosul şəhərinin Səncar məntəqəsinin nümayəndəsi Məhəmməd Xəlil 110 yezidi kürdün cənazəsinin dəfn edildiyi kütləvi bir qəbrin aşkar edilməsindən xəbər verib.
Məhəmməd Xəlil əlavə edib: ötən iki həftə ərzində bu aşkar edilən 3-cü kütləvi qəbirdir.
İraqın Neynəva vilayətinin mərkəzi olan Mosul şəhəri 2014-cü ilin iyun ayından İŞİD terrorçularının işğalı altındadır.
Səncar şəhərinin İŞİD-in işğalından azad edilməsindən sonra 9 kütləvi qəbir aşkar edilib və daha artıq kütləvi qəbirlərin aşkar edilməsi ehtimalı olunur.
İŞİD-in 2014-cü ildə Səncar şəhərinə olan hücumu zamanı 50 mindən çox yezidi kürdü şəhəri tərk etməyə məcbur olmuşdu.
İraqlı kürd qüvvələr son günlər dövlət qüvvələrinin dəstəyi ilə Səncar şəhərini İŞİD-in işğalından azad etməyə nail olublar.