Yəmən qüvvələri səudiyyə koalisiyasına ağır zərbələr endiriblər
https://azeri.sahartv.ir/news/qərbi_asia-i203481-yəmən_qüvvələri_səudiyyə_koalisiyasına_ağır_zərbələr_endiriblər
Yəmənin ordu və xalq komitələri qüvvələri "Midi" turizm mərkəzinin nəzarətini ələ alıblar.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 09, 2016 04:35 Asia/Baku
  • Yəmən qüvvələri səudiyyə koalisiyasına ağır zərbələr endiriblər
    Yəmən qüvvələri səudiyyə koalisiyasına ağır zərbələr endiriblər

Yəmənin ordu və xalq komitələri qüvvələri "Midi" turizm mərkəzinin nəzarətini ələ alıblar.

Əlməyadin telekanalının məlumatına görə, Yəmənin ordu və xalq komitələri qüvvələri Mənsur Hadinin qüvvələrinə ağır zərbələr endirərək, Ərəb dənizi sahillərindəki turizm mərkəzinin nəzarətini ələ alıblar.

Bu məlumata görə, təcavüzkar səudiyyə koalisiyası qüvvələri və "Blak Vater" təhlükəsizlik şirkətinin tabeliyində olan xarici silahlı ünsürlər "Midi" turizm mərkəzindən Ərəbistan ərazilərinə tərəf geri oturublar.

Yəmənin Müdafiə Nazirliyi bu uğurlu əməliyyata toxunaraq, onu təcavüzkar qüvvələr qarşısında Yəmənin ordu və xalq komitələri qüvvələri üçün mühüm nailiyyət adlandırıb.

Yəmənin hərbi mənbələri həmçinin Əlrəmzə məntəqəsində iki səudiyyəli hərbçini hədəfə almalarından xəbər veriblər.

Bir qrup səudiyyəli hərbçi və digər ölkələrin vətəndaşı da Yəmənlə sərhəd xəttində Yəmənin xalq qüvvələri tərəfindən əsir alınıbdır.