Əsəd terrorizm ilə mübarizəyə təkid etdi
Mart 30, 2016 20:24 Asia/Baku
Suriya prezidenti deyib: Dəməşq terrorizm ilə mübarizədə əməkdaşlığa hazırdır.
Livanın əl-Nəşrə informasiya portalı yazır: Suriya prezidenti Bəşşar Əsəd çərşənbə günü BMT baş katibi Ban Ki Muna ünvanlanmış məktubda bu beynəlxalq təşkilatın nəzdində fəaliyyət göstərən təşkilatlardan tarixi Palmira şəhərində yenidənqurma və bərpa işlərinin həyata keçirilməsində Suriyanı dəstəkləmələrini istəyib.
Suriya prezidenti həmçinin, Ban Ki Munun tarixi Palmira şəhərinin İŞİD-in işğalından azad edilməsini müsbət qarşılamasını alqışlayıb.
Bəşşar Əsəd deyib: İndi terrorizm ilə kollektiv şəkildə mübarizə aparmaq üçün ən yaxşı zamandır və Suriya terrorizm əleyhinə yönəlmiş səyləri dəstəkləməyə hazırdır.