Hələbdə Feyləq əl-Şamın komandiri öldürüldü
Avq 05, 2016 11:18 Asia/Baku
-
Hələbdə Feyləq əl-Şamın komandiri öldürüldü
Hələb şəhərinin ətrafında Suriya ordusu qüvvələri ilə gedən döyüşlərdə Feyləq əl-Şam silahlı qruplaşmasının hərbi komandiri öldürülüb.
Əl-Məyadin telekanalının məlumatına görə, Suriya ordusu Hələb şəhərinin cənubunda gedən döyüşlərdə 40-dan çox silahlı, o cümlədən Feyləq əl-Şamın hərbi komandirinin öldürülüdüyünü bildirib.
Suriya ordusu qüvvələri həmçinin döyüşlərdə 5 ədəd tank, 5 ədəd zirehli BMP və 4 ədəd ağır pulemyotla təchiz olunmuş avtomobili məhv ediblər.
Suriya ordusunun Hələbn qərb və cənubunda silahlı qruplaşmaların mövqelərinə arsenal, raket və hava hücumları davam edir.