Gülənin tərəfdarları AKP-dən atılır
https://azeri.sahartv.ir/news/qərbi_asia-i228340-gülənin_tərəfdarları_akp_dən_atılır
Türkiyədə hakim Ədalət və İnkişaf Partiyası partiyanın Fətulla Gülən və onun başçılıq etdiyi Hizmət hərəkatına bağlı ünsürlərdən təmizlənməsi barədə qərar qəbul etdi.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 05, 2016 12:53 Asia/Baku
  • Gülənin tərəfdarları AKP-dən atılır
    Gülənin tərəfdarları AKP-dən atılır

Türkiyədə hakim Ədalət və İnkişaf Partiyası partiyanın Fətulla Gülən və onun başçılıq etdiyi Hizmət hərəkatına bağlı ünsürlərdən təmizlənməsi barədə qərar qəbul etdi.

İRNA-nın məlumatına görə, Ədalət və İnkişaf Partiyası (Adalet və Kalkınma Partisi - AKP) cümə günü bildiriş yayaraq, partiyanın əlaqədar qrumlarına Gülən və Hizmət hərəkatı ilə əlbir olmaqda şübhəli bilinən şəxslərin sürətlə partiya sıraları və bələdiyyələrdən kənarlaşdırılması barədə göstəriş verib.

Bu məlumata görə, Türkiyədə dövlət qrumlarında 80 minə yaxın insan 15 iyul dövlət əleyhinə uğursuz çevrilişin ardınca, Gülən və onun başçılıq etdiyi Hizmət hərəkatı ilə yaxın münasibətlərə malik olmaq ittihamı ilə tutduğu vəzifədən kənarlaşdırılıb və ya həbs edilib.

Türkiyədə Gülən tərəfdarlarına qarşı başladılmış təmizləmə əməliyyatı müxtəlif reaksiyalara səbəb olub.