Hələbin cənubunda silahlı şəxslər qaçıb
Avq 24, 2016 14:11 Asia/Baku
-
Hələbin cənubunda silahlı şəxslər qaçıb
Əl-Minar telekanalı Suriya ordusu qüvvələrinin Hələbin cənubunda silahlı qruplara qarşı əməliyyatı ilə bağlı yeni kadrları yayımlayıb.
Əl-Minar telekanalı Suriya ordusunun ağır artilleriya hücumları nəticəsində Hələbin cənubunda silahlı şəxslərin qaçmasını əks etdirən eksklüziv kadrları yayımlayıb. Bu hücumlarda silahlı qrupların bu məntəqədən geri çəkilmək istədiyi istiqamətlər və onların yerləşdikləri bölgələr hədəf alınır. Bu hücumlarda çoxlu sayda silahlı şəxs öldürülüb və yaralanıb.
Əl-Minar həmçinin Suriya ordusunun Hələbin qərbində 1070 layihəsi adlanan bölgədə bir çox obyektlərə nəzarəti əldə etməsinə dair kadrları yayımlayıb.