Noy 03, 2016 11:27 Asia/Baku
  • İŞİD-dən xilas olan qadınlar
    İŞİD-dən xilas olan qadınlar

Mosul savaşının davam etməsi ilə İŞİD-in əlindən xilas olan qadınların sayı artır.

France 24 telekanalının məlumatına görə, İraq Kürdüstanında Dəhuk qaçqınlar düşərgəsi İŞİD terror qruplaşmasının girovunda olan qadın və uşaqların yerləşdirildiyi düşərgədir. 

Bu düşərgə digər qaçqınları da qəbul etməyə hazırdır. Bu düşərgənin sakinləri İŞİD-dən xilas olan iyzədilərdir. 

Xilas olanlardan biri İŞİD-in əsiri olduğu 15 ay barəsində deyir: Biz onların qulu idik. Mən 5 kişiyə satıldım. Onlar Mosul, Təl-Əfər və əl-Anbarda idilər. Mən dəfələrlə onların əlindən qaçmağa çalışdım. 3 dəfə qaçışa cəhddən sonra, özümü öldürmək istədim ki, onlar artıq məni tuta bilməsinlər. 

Bu düşərgədə tibbi qruplar zərərçəkənlərə kömək etməyə çalışırlar. Lakin onların əksəriyyəti güclü depressiyadan əziyyət çəkir. 

Bu düşərgənin qadın həkimi deyir: Çox çətindir. Bu şərait mənim gücümdən çox ağırdır. Mən 2 il öncədən məhv olmuş qurbanları qəbul etməkdəyəm. Onların hər birinin həyat hekayəsi o birinin həyat hekayəsindən daha dəhşətlidir. Mən təcavüzə məruz qalmış 9 yaşlı qız uşağı gördüm. Bu düşərgədə 800 qadın və gənc qız yerləşdirilib. Ehtimal üzrə Mosul savaşının davam etməsi ilə bu düşərgənin sakinlərinin sayı artacaqdır. 

Teqlər