Əsəd: ABŞ Suriyada terrorçulardan faydalanır
Suriya prezidenti deyib: ABŞ başda olmaqla qərb dövlətləri Suriyadakı son atəşkəs rejiminin uğursuzluğunda məsuliyyət daşıyırlar.
Suriiya prezidenti Bəşşar Əsəd Serbiyanın Politika qəzetinə verdiyi müsahibədə qərb dövlətlərinin Suriya böhranındakı mənfi rolunu qınayaraq deyib: ABŞ və digər qərb dövlətləri Suriyadakı terrorçulardan oyun kartı kimi istifadə edirlər.
Suriya prezidenti deyib: ABŞ Suriyada atəşkəs üçün sadəcə terrorçular ağır durumda olarkən səy göstərir, bəzi ölkələr atəşkəsdən terrorçulara silah verilməsi və onlara lojistik dəstək üçün faydalanırlar.
Bəşşar Əsəd deyib: Rusiya terrorçularla mübarizəni davam etdirməkdə ciddidir, amma Amerika öz siyasətlərini fərqli dəyərlər əsasında qurub, qərb dövlətləri özlərinin Suriyaya qarşı hərbi müdaxilələrini əsaslandırmaq üçün humanist niqabdan istifadə edir və terrorçulara dəstək verirlər.
Suriya prezidenti deyib: Səudiyyə Ərəbistanı və Türkiyə qərb üçün vasitələrdir və Amerikanın xeyirinə işləyirlər.
Bəşşar Əsəd Moskva ilə Vaşinqtonun Suriya məsələsində razılığa gələcəkləri ehtimalı barədə deyib: Bu demək olar ki mümkünsüzdür, ona görə ki, rusların siyasəti dəyər və mənfəət əsasında qurulub və onlar beynəlxalq hüquqa hörmətlə yanaşırlar, amerikalılar isə terrorizmdən bir kart kimi faydalanmağa cəhd göstərirlər.