İŞİD 25 min iraqlını didərgin edib
-
İŞİD 25 min iraqlını didərgin edib
İraqın Səlahəddin vilayətinin Şərqat rayonunun icra başçısı deyib: İŞİD mülkidən canlı qalxan kimi istifadə etmək məqsədi ilə Şərqat sakinlərindən 25 min nəfəri Kərkük vilayətinə qaçqın edib.
Şərqat rayonunun icra başçısı İŞİD-in sakinləri Kərkük vilayətinin Əl-Həvicə şəhərinə məcburi köçkün etməkdə məqsədi onlardan canlı qalxan kimi istifadə etməkdir.
O deyib: İŞİD terrorçuları dünən gecə çoxlu sayda iri yük maşını və avtobuslar vasitəsi ilə 25 min iraqlını Kərkük vilayətinə məcburi köçkün edib. Əl-Dudəh deyib: İŞİD məscidləri ruporlarından əhaliyə səslənərək Şərqatın qərb sahillərində sakinləri bölgəni tərk etməsini istəyib. Şərqatın icra başçısı deyib: İŞİD həm də əhalinin şəxsiyyət vəsiqəsini və kuponlarını alıb, ona görə ki, təhlükəsizlik aparatları onların kimliyini müəyyənləşdirə bilməsinlər.
İraq ordusunun baş əməliyyat qəragahı sentyabrın 22-də Şərqat rayonunun tamamiylə İŞİD terrorçularının işğalından azad olunduğunu bildirərək təhlükəsizlik qüvvələrinin 72 saat ərzində bu rayonu terrorçulardan təmizləməyə nail olduqlarını bildirmişdi .