İŞİD-çilər ağlamağa başlayıblar
https://azeri.sahartv.ir/news/qərbi_asia-i245945-İŞİd_çilər_ağlamağa_başlayıblar
Mosulda terrorçu İŞİD qrupunun məğlubiyyətlərindən sonra bu qrup üzvlərindən biri bir videoda ağlaya-ağlaya terrorçuları müqavimət göstərməyə, qaçmamağa və əlavə əraziləriin itirilməsinə imkan verməməyə çağırır.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 16, 2016 13:41 Asia/Baku
  • İŞİD-çilər ağlamağa başlayıblar
    İŞİD-çilər ağlamağa başlayıblar

Mosulda terrorçu İŞİD qrupunun məğlubiyyətlərindən sonra bu qrup üzvlərindən biri bir videoda ağlaya-ağlaya terrorçuları müqavimət göstərməyə, qaçmamağa və əlavə əraziləriin itirilməsinə imkan verməməyə çağırır.

Təsnim informasiya agentliyinin verdiyi məlumata görə, terrorçu İŞİD qrupu Mosulda məruz qaldığı ağır məğlubiyyətindən sonra öz üzvlərini həyəcanlandırmaq üçün yeni metodlara əl atır. 

İŞİD bir video yayıb. Videoda bir İŞİD üzvü kövrək səslə ağlaya-ağlaya Mosulda qalan İŞİD-çilərdən qaçmamalarını və döyüş meydanında qalmalarını istəyir. 

Bu video İŞİD-in Mosulda ağır məğlubiyyətinə və işğal etdiyi bir çox əraziləri itirdiyinə sübutdur. 

Video həm də İŞİD-in qorxuya düşdüyünu, öz üzvlərinin qaçaraq aradan çıxmasına mane olmaq üçün emosional metodlara əl atdığını göstərir.