Türkiyə işğal olunmuş Fələstindəki səfirini təqdim edib
-
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan
Türkiyə prezidenti bu ölkənin işğal olunmuş Fələstin üçün təyin etdiyi səfiri təqdim edib.
Fars informasiya agentliyinin verdiyi məlumata görə, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün İstanbulda etdiyi çıxışında Türkiyənin İsraildəki yeni səfirinin Kamal Ükem olacağını bildirib.
Dünən də sionist rejim İtan Naehi Türkiyə üçün səfir təyin etmişdi.
Türkiyə ilə sionist rejim arasındakı diplomatik əlaqələr 2010-cu ildə bu rejim hərbçilərinin Türkiyənin Qəzzə zolağındakı əhaliyə humanitrar yardım daşıyan Mavi Mərmərə gəmisinə qarşı hücumundan sonra kəsildi, həmin hücumda bir neçə Türkiyə vətəndaşı həyatını itirmişdi.
Türkiyə və sionist rejim son aylar ərzində siyasi münasibətlərin bərpası məqsədi ilə gedən sıx müzakirələrdən sonra razılığa gəliblər.