Dek 23, 2016 09:43 Asia/Baku
  • Hələb tam şəkildə azad edildi

Suriyanın şimalında yerləşən Hələb şəhəri dörd ildən sonra tam şəkildə terrorçuların işğalından azad edilib.

IRNA-nın məlumatına görə, Suriya ordusu və silahlı qüvvələrinin baş qərargahı dünən gecə bir bəyanatda bildirib ki, Hələb şəhərinin tam şəkildə terrorçulardan təmizlənməsi və bu şəhərə təhlükəsizliyin qayıtması strateji bir uğur və dəyişiklikdir.

Suriya ordusu və silahlı qüvvələrinin baş qərargahının bildirdiyinə görə, bu qələbə terrorizmlə mübarizədə mühüm dönüş nöqtəsi, eləcə də terrorçuların və onların himayədarlarının planlarına qarşı dağıdıcı bir zərbədir.

Suriya ordusu və silahlı qüvvələrinin baş qərargahı vurğulayıb: Bu böyük nailiyyət bütün Suriya torpaqlarına sabitlik və təhlükəsizliyin qaytarılması, eləcə də terrorizmlə mübarizədə və onun yatırılmasında ordunun milli vəzifəsinə əməl etməsinin davam etməsi üçün güclü bir stimuldur.

Bu bəyanata görə, bu qələbə terror qrupları ilə döyüşə son qoyulmasında Suriya ordusunun və müttəfiq qüvvələrin qüdrətinə bir təkiddir və bütün Suriya torpaqlarında terrorizmin məğlubiyyətinin yeni mərhələsinin başlanğıc nöqtəsi sayılır.

Suriya ordusu və silahlı qüvvələrinin baş qərargahı bir daha bütün silahlı şəxslərdən istəyibdir ki, öz silahlarını yerə qoysunlar, zira terrorizmlə mübarizə, bu ölkə torpağının sonuncu zərrəsinin azad edilməsinədək davam edəcəkdir.

Teqlər