Dek 26, 2016 12:38 Asia/Baku
  • Suriya ordusu Hələbin Əs-Sukri məhəlləsini təmizləyib
    Suriya ordusu Hələbin Əs-Sukri məhəlləsini təmizləyib

Suriya ordusu Hələbin Əs-Sukri məhəlləsini fərari terrorçular tərəfindən quraşdırılan minalar və partlayıcı qurğulardan təmizləyib.

Suriyanın əl-Əxbariyyə televiziyasının məlumatına görə, Əs-Sukri məhəlləsi Suriya ordusunun azad etdiyi məhəllələrdən biridir. Suriya ordusunun mühəndislik bölməsi hazırda bu bölgələrdə vətəndaşların mənzillərində yerləşdirilmiş partlayıcı qurğuları təmizləməkdədir. Belə ki, vətəndaşlar sağ-salamat mənzillərinə dönüsünlər. Bu məhəllədə terrorçuların qoyub-qaçdığı müxtəlif silah-sursatlar müşahidə olunur. Həmçinin məhəllənin divarlarında türkcə ifadələr yazılmışdır. Türkiyə qüvvələri bu bölgədə yerləşmişdilər. Bu məkana silahlı terrorçular sığınmışdılar.

Suriya ordusu hərbçilərindən biri deyib: Biz terrorçuların bu bölgədən çıxmasından öncə minaladığı binaları və obyektləri təmizləməkdəyik. Biz Əs-Sukri məhəlləsinin təmizlənməsini davam etdiririk, inşallah.

Suriyanın vətəndaşlarından biri deyib: Allah Suriya ordusunu qorusun. Mən Suriya ordusu hərbçilərinin ayağının altındakı torpağı öpürəm. Allah sizi qorusun. Bizi yenidən öz diyarımıza qaytardınız. Allaha şükür ki, Suriya ordusu qüvvələri bu bölgəyə daxil oldular.

Daha bir Suriya vətəndaşı deyib: Allaha şükür edirik ki, bütün işlər yaxşı şəkildə irəliləyir. Allah Suriya ordusuna kömək etsin.

Suriya hərbçilərindən biri deyib: Çoxlu miqdarda silah-sursat, o cümlədən minaatan və tank mərmiləri aşkarlanıb.

Suriya ordusu bu bölgələri terrorçulardan təmizləməyi davam etdirir. Belə ki, bölgə sakinləri tam təhlükəsizlikdə öz mənzillərinə qayıtsınlar.

Teqlər