Yan 14, 2017 11:05 Asia/Baku
  • Fələstinli şəhidlər sionistlər tərəfindən xüsusi qəbiristanlıqlarda dəfn edilir

Kütləvi İnformasiya Vasitələri sionistlərin fələstinli şəhidləri dəfn etdikləri qəbiristanlıqların aşkarlandığını bildiriblər.

Ərəbistanın əl-Hədəs televiziyası cümə günü bir reportaj yayımlayıb: İsrail sionistlərə qarşı əməliyyat keçirən bəzi fələstinlilərin cəsədlərini 4 gizli qəbiristanlıqda dəfn edir. 

Bu məlumata görə, bu gizli qəbiristanlıqlardan birinin ünvanında belə söz yazılıb: "Düşmən qurbanların qəbiristanlığı". 

Əl-Hədəs əlavə edir: Bu qəbiristanlıqda qəbirlərin üzərində yalnız nömrələr yazılıb və sadəcə İsrail təhlükəsizlik xidmətləri bu rəqəmlərin hansı fələstinli şəhidə aid olduğunu bilirlər. 

Fələstinli şəhidlərdən biri Raid əl-Bərqusinin anası bu barədə deyib: Raid 16 ildir sionist hərbçilər tərəfindən şəhid edilib. Lakin onun dəfn olunduğu yeri bilmir. 

Sionist rejim təhlükəslizlik xidməti bir müddət öncə qərara alıb ki, fələstinli şəhidlərin ölüxanadan "rəqəmli qəbiristanlıq"lara göndərilməsi ilə bağlı bu rejimin siyasətini bir daha icra etsin. 

Teqlər