"Rimon" sionist məhbəsində fələstinli əsirlərə divan tutulub
https://azeri.sahartv.ir/news/qərbi_asia-i256132-rimon_sionist_məhbəsində_fələstinli_əsirlərə_divan_tutulub
Sionist rejimin repressiya bölmələri cümə günü "Rimon" sionist məhbəsindəki fələstinli əsirlərə hücum ediblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 14, 2017 14:25 Asia/Baku

Sionist rejimin repressiya bölmələri cümə günü "Rimon" sionist məhbəsindəki fələstinli əsirlərə hücum ediblər.

Fələstin İnformasiya Mərkəzinin məlumatına görə, "Rimon" sionist məhbəsindəki fələstinli əsirlər bildiriblər ki, fələstinli əsirlər sionist rejimin təcavüzkar və repressiya siyasətlərinə görə, pis şəraitdədirlər.

Fələstinli əsirlər hüquq təşkilatlarından və humanitar orqanlardan istəyiblər ki, fələstinli əsirlərin hüquqlarını müdafiə etsinlər.

BMT-nin Baş Assambleyası 1967-ci ildən bəri fələstinli əsirlər barədə 187 qətnamə və bəyanat yayaraq, İsrail rejimindən istəyibdir ki, onları azad və onlarla insan haqları və beynəlxalq qanunlar əsasında rəftar etsin. Amma sionist rejim bu qətnamələrə məhəl qoymayıbdır.

Fələstinli Əsir Hərəkatının statistikalarına əsasən, sionist rejimin 22 məhbəsində yeddi mindən çox fələstinli məhbus vardır ki, onların yeddi nəfəri otuz ildən yuxarıdır ki, əsirlikdədir.