Bəhreyn gənclərin edamına etirazda sakit durmur
https://azeri.sahartv.ir/news/qərbi_asia-i256477-bəhreyn_gənclərin_edamına_etirazda_sakit_durmur
Ali-Xəlifə rejiminin üç bəhreynli gəncin edam edilməsi qərarının icrası ardınca, bəhreynli hüquq fəalları vətəndaşları Ali-Xəlifə rejimi əleyhinə etiraza dəvət ediblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 16, 2017 09:16 Asia/Baku
  • Bəhreyn gənclərin edamına etirazda sakit durmur
    Bəhreyn gənclərin edamına etirazda sakit durmur

Ali-Xəlifə rejiminin üç bəhreynli gəncin edam edilməsi qərarının icrası ardınca, bəhreynli hüquq fəalları vətəndaşları Ali-Xəlifə rejimi əleyhinə etiraza dəvət ediblər.

Müxtəlif ölkələr və hüquq təşkilatlarının üç bəhreynli gəncin edam qərarının icra olunmamasına dair müraciətlərinə baxmayaraq, Bəhreyn rəsmiləri bu qərarı icra ediblər. Bu üç gəncin edam qərarı odlu silahla icra olunub. Bəhreyndən əldə olunan məlumatlara görə, Ali-Xəlifə rejimi məmurları övladlarının cəsədlərini yaşadıqları ərazidə dəfn etməyi ailələrinə icazə verməyiblər. Bu arada Bəhreyn məscidlərində "Allah Əkbər" səsi ucalıb və hüquq fəalları vətəndaşları Ali-Xəlifə rejimi əleyhinə irimiqyaslı etirazlara dəvət ediblər. Həmçinin Bəhreyn prospektləri ictimai etirazların şahididir.