Bəhreyn xalqının müqavimətinin yeni mərhələsi elan olunub
Yan 17, 2017 19:59 Asia/Baku
-
Bəhreyn xalqının müqavimətinin yeni mərhələsi elan olunub
Bəhreyndə üç inqilabçı gəncin edam olunmasına reaksiyaların davam etməsilə bir vaxtda Ali-Xəlifə rejimi ilə müxalif olan bəzi qruplar bu ölkə hökumətinə qarşı silahlı mübarizənin başlandığını elan ediblər.
Mərat Əl-Bəhreyn portalı xəbər verib ki, Bəhreyndə İslami Sədaqət Cərəyanının rəhbərlərindən olan Murtuza Əlsənədi edam olunmuş üç bəhreynli gəncin yas mərasimində söyləyib: Dinc inqilab mərhələsi Bəhreyn xalqı üçün yalnız zülm və əzab gətirib və hazırda silahlı və yeni addımlarla Bəhreyn rejimi ilə mübarizə aparılacaqdır.
Murtuza Əlsənədi vurğulayıb: Bəhreyndə İslami Sədaqət Cərəyanı "Əldə silahla, meydanda hazır!" adı altında olan bir bəyanatda bildiribdir ki, cihadi müqavimət üçün tam hazırdır.