Fələstinli tərəflər milli birlik dövlətinin təşkili barədə razılaşıblar
https://azeri.sahartv.ir/news/qərbi_asia-i256792-fələstinli_tərəflər_milli_birlik_dövlətinin_təşkili_barədə_razılaşıblar
Əsas fələstinli tərəflər seçkilərdən öncə milli birlik dövlətinin təşkili barədə razılıqdan xəbər veriblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 18, 2017 07:02 Asia/Baku
  • Fələstinli tərəflər milli birlik dövlətinin təşkili barədə razılaşıblar

Əsas fələstinli tərəflər seçkilərdən öncə milli birlik dövlətinin təşkili barədə razılıqdan xəbər veriblər.

Frans-Press-in məlumatına görə, fələstinli tərəflər milli birlik dövlətinin təşkili barədə razılığı dünən ixtilafların aradan qaldırılması və milli barışıq üzrə üçgünlük Moskva müzakirələrindən sonra elan ediblər.

Fəth təşkilatının baş üzvlərindən olan Ezam Ələhməd Moskvada keçirilən mətbuat konfransında deyib: Fələstinli qruplar Moskvada razılığa gəliblər və qarşıdakı 48 saat ərzində Fələstin muxtariyyətinin sədri Mahmud Abbasdan istəyəcəklər ki, milli birlik dövlətinin təşkili barədə məşvərətlərə başlasın.

Milli birlik dövlətinin təşkilindən sonra fələstinlilər bir milli şura təşkil edəcəklər ki, sürgündə olan fələstinlilərə şamil olacaq və seçkilər keçirəcəkdir.

Fələstinli qrupların müzakirələri bazar günü Rusiyanın nəzarəti altında və Fələstin xalqı arasında birliyin bərpası məqsədilə Moskvada başlandı. Fəth, Həmas, İslami Cihad və digər fələstinli qrupların nümayəndələri bu müzakirələrdə iştirak ediblər.

Mahmud Abbasın başçılıq etdiyi Fəth və Həmas təşkilatları Həmas-ın 2007-ci ildə Qəzzə zolağının nəzarətini ələ almasından sonra ixtilafa düçar olublar. Fələstinlilərin Fəth və Həmas təşkilatlarının iştirakı ilə seçkilər keçirdikləri sonuncu dəfə 2006-cı il olubdur.

Fələstinli nümayəndələr həmçinin bazar ertəsi günü Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşüb və ondan istəyiblər ki,  Amerikanın seçilmiş prezidenti Donald Trampı seçki təbliğatları zamanı Amerikanın Təl-Əvivdəki səfirliyini Beytulmuqəddəsə köçürəcəyi barədəki vədinə əməl etməkdən çəkindirsin.