Üç bəhreynli gəncin edamına qarşı etirazlar davam edir
Bəhreynin hiddətlənmiş xalqının üç bəhreynli gəncin edamına qarşı etirazları davam edir.
Ali-Xəlifə rejimi bazar günü səhər tezdən 2014-cü ilin martında Əldiyyə məntəqəsində polis qüvvələrinə qarşı hücum kimi saxta ittihamla Sami Məşimə, Əli Sənkis və Abbas Səmii adlı üç müxalif fəalı edam etdi.
IRIB-nin məlumatına görə, tanınmış bəhreynli ruhani Şeyx İsa Qasimin Manamanın qərbindəki Əldiraz məntəqəsində yerləşən evinin ətrafı dünən gecə xalq aksiyası səhnəsi olubdur.
Bəhreynlilər üç bəhreynli gəncin ailələrinin kədərinə şərik çıxmaq üçün Nuydərat məntəqəsində də aksiya keçiriblər. Onlar üç bəhreynli gəncin qatillərindən qisasın çıxılmasını tələb ediblər.
Bəhreyn hökumətinin təhlükəsizlik qüvvələri də aksiyaçılara basqın edərək, onları dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə ediblər.
Bəhreyn xalqı dünən də bu ölkənin müxtəlif bölgələrində Ali-Xəlifə rejiminin cinayətlərini pisləyən aksiyalar keçirdi.
Bəhreyn xalqı öz ölkəsində siyasi islahatlar, söz azadlığı və ədalət, eləcə də ayrı-seçkiliyin aradan götürülməsi və seçilmiş bir hökumətin hakimiyyətə gəlməsini istəyir. Ali-Xəlifə rejimi isə onların etirazlarını repressiya ilə yatırır.