İnsan Haqları Baş Komissarlığının üç bəhreynli gəncin edamına reaksiyası
BMT-nin İnsan Haqları Baş Komissarlığı üç bəhreynli gəncin mühakiməsi və edam edilməsini ədalətsiz adlandırıb.
IRNA-nın məlumatına görə, BMT-nin İnsan Haqları Baş Komissarlığının sözçüsü Robert Kulfill bu gün deyib: Siyasi və vətəndaş hüquqları barədə beynəlxalq müahidələrə əsasən, Bəhreyn məhkəməsinin üç bəhreynli gəncin hökmünün verilməsi və mühakiməsinin icrasında istifadə etdiyi metod ədalətsiz olubdur.
BMT-nin İnsan Haqları Baş Komissarlığının sözçüsü əlavə edib: Bu üç bəhreynli gənc işgəncə olunub və onların vəkilləri üçün məhkəmə işi əlçatmaz olubdur.
BMT-nin İnsan Haqları Baş Komissarlığı sözçüsünün sözlərinə görə, bu üç bəhreynli gəncin ailələri onların vəziyyətindən uzun müddət xəbərsiz olduqları bir halda, zindana çağırılıblar, halbuki övladlarının edam məsələsi onlara bildirilməyibdir.
Ali-Xəlifə rejimi üç bəhreynli gənc fəalı bazar günü edam etdi.
Bu gənclərə vurulan saxta ittiham 2014-cü ilin martında Əldiyyə məntəqəsində polis qüvvələrinə hücum elan olunmuşdu.