Yan 29, 2017 09:51 Asia/Baku
  • İŞİD-in qadın komikadzelərinin başçısı qaçıb
    İŞİD-in qadın komikadzelərinin başçısı qaçıb

Terrorçu İŞİD qrupunun tabeliyində olan Əl-Xənsa qadın qruplaşmasının başçısı Suriya sərhədlərinə qaçıb.

Əl-Aləm telekanalının verdiyi məlumata görə, İraqın şimalında yerləşən Neynəva vilayətinin yerli mənbələri bildiriblər ki, Əl-Xənsa qruplaşmasının başçısı 4 köməkçisi ilə birlikdə milyonlar dollar götürərək Suriya sərhəddinə yaxın Əl-Bəaca doğru qaçıb. 

Həmin mənbələr bildiriblər ki, İŞİD kamikadze qadınlar üzərində fəaliyyət göstərən Əl-Xənsa başçılarının axtarışı üçün bütün ünsürlərini hazırlıq vəziyyətinə gətirib. 

İraqdan əldə olunan başqa məlumata görə, İraqın federal plis və xalq səfərbər qüvvələri dünən Səlahəddin vilayətinin şimal şərqində yerləşən Əlhəlivat adasını azad ediblər. Mosul şəhərinin şərqi son vaxtlar İŞİD terrorçularının işğalından tamamiylə azad edildi. 

Teqlər