Fələstinli qrupların bəyanatı
Fələstinli qruplar fələstinli azad olunmuş əsir Mazən Fuqəhanın terror edilməsini pisləyərək, sionist rejimin bu terrorda məsuliyyət daşıdığını bildiriblər.
IRIB-nin məlumatına görə, fələstinli Həmas təşkilatı bildirib ki, müqavimət şəhidlərinin yolu davam edir və bu təşkilat sionist rejimin bu cinayətinin cavabını verəcək.
Fələstin İslami Cihad Təşkilatı da bir bəyanatda bildirib ki, fələstinli azad olunmuş əsir Mazən Fuqəhanın terror edilməsi sionist rejimin əməllərinin nişanələrindəndir və daxili cəbhənin gücləndirilməsini tələb edir.
Fələstinin Azadlığı Uğrunda Xalq Cəbhəsi də sionist rejimin bu cinayətinə reaksiyada bildirib ki, işğalçılara və onların muzdurlarına dağıdıcı cavab verilməlidir.
Fələstin xalq müqavimət komitələri və Həmas-ın hərbi qolu olan Əlqasim batalyonları da sionist rejimin Mazən Fuqəhanın terror edilməsinin bütün nəticələrində məsuliyyət daşıdığını bildiriblər.