Sionist rejim hərbçiləri torpaq günü mərasiminə hücum ediblər
https://azeri.sahartv.ir/news/qərbi_asia-i264030-sionist_rejim_hərbçiləri_torpaq_günü_mərasiminə_hücum_ediblər
Sionist hərbçilər bu gün İordan çayının qərb sahilində torpaq günü münasibəti ilə keçirilən etiraz aksiyasına hücum edərək onlarla fələstinlini yaralayıblar.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 30, 2017 14:04 Asia/Baku
  • Sionist rejim hərbçiləri torpaq günü mərasiminə hücum ediblər
    Sionist rejim hərbçiləri torpaq günü mərasiminə hücum ediblər

Sionist hərbçilər bu gün İordan çayının qərb sahilində torpaq günü münasibəti ilə keçirilən etiraz aksiyasına hücum edərək onlarla fələstinlini yaralayıblar.

Fələstində torpaq günü 1948-ci ildə işğal olunmuş ərazilərdə fələstinlilərin milli qiyamı günüdür.

Bu gün keçirilən etiraz aksiyası fələstinli milli-islami qüvvələrin çağırışı ilə İordan çayının qərb sahilinin müxtəlif şəhərlərində yüzlərlə fələstinlinin iştirakı ilə keçirilib. Aksiyasçılar Fələstin bayraqlarını daşıyaraq torpaq günü münasibəti ilə sionist rejimin cinayətlərini pisləyən şüarlar səsləndiriblər.