Milli koalisiya İraq Kürdüstanında referenduma qarşı çıxdı
-
Milli koalisiya İraq Kürdüstanında referenduma qarşı çıxdı
İraq Şiələri Milli Koalisiyasının rəhbəri bu ölkənin Kürdüstan bölgəsində referendumun keçirilməsi istiqamətində atılan addımlara qarşı çıxdığını bildirib.
İraq Şiələri Milli Koalisiyasının rəhbəri Əmmar Həkim cümə günü Röyterslə müsahibədə İŞİD terror qruplaşmasının məğlubiyyətindən sonra İraqdan ayrılmaq üçün Kürdüstan bölgəsinin proqramına qarşı çıxaraq deyib: İraq Kürdüstanında referendum keçirilərsə, birtərəfli olacaq və sadəcə bir kürd dövlətini rəsmən tanıyan İsraildir.
Həkim bildirib: Dünyanın heç bir ölkəsində qanla sərhədlərin çəkilməsi uğur qazanmayıb və İraqda da yaxşı nəticələri olmayacaq. Çünki bir kürd dövlətinin yaranması İraqın parçalanması ilə nəticələnəcək və bütün tərəflərin muxtariyyət almaq istəyinə və sonra isə ayrılmasına səbəb olacaq.
İraq Kürdüstanı bölgəsinin rəhbəri Məsud Barzani bütün etirazlara baxmayaraq, İraq Kürdüstanının müstəqilliyi məqsədilə referendumun keçirilməsinə dair öz qərarını vurğulayır.
İraq Konstitusiyasında Kürdüstanın müstəqilliyi üçün referendumun keçirilməsi nəzərdə tutulub. Lakin müxtəlif səbəblərə görə, bu reallaşmayıb. İraq Kürdüstanının müstəqilliyi üçün kürdlər arasında da yekdil səs eşidilmir və bu məsələ bu reallığı əks etdirir ki, İraq Kürdüstanı müstəqillik qarşısında xüsusi imkan əldə etməyəcək.