İyun 30, 2017 18:55 Asia/Baku
  • İŞİD-in Suriyanın Hələb vilayətində fəaliyyətinə son qoyuldu

Suriyalı fəallar bildiriblər ki, bu ölkənin ordu qüvvələri İŞİD-in Hələb vilayətindəki iştirakının sonuncu məhəlləsini öz nəzarətlərinə ala biliblər.

ISNA-nın məlumatına görə, suriyalı fəallar sonra belə əlavə ediblər: Suriya və İŞİD qüvvələri arasındakı döyüşlər Riqqə şəhərini Hələb vilayətinə qovuşduran “Əlrəsafə-Əsəriyya” istiqamətindəki mehvərlərdə təmərküzləşmişdi.

Bu mənbələr əlavə ediblər: Suriya ordusu hava qüvvələrinin himayəsilə “Əlrəsafə-Əsəriyya” istiqamətindəki hücumunu davam etdirdi və bu məntəqədə yeni bazaları öz nəzarətinə ala bildi. Bu irəliləyiş İŞİD qüvvələrini “Əlrəsafə-Əsəriyya” istiqamətilə Hələbin cənub-şərq ətrafından geri çəkilməyə məcbur etdi.

Belə bir halda, Suriyanın şərqindəki Diyrəzzur vilayətində də bu ölkə ordusu İŞİD-in bu şəhərin cənub mehvərindəki bir neçə hərbi yoxlama-buraxılış məntəqələrinə qarşı hücumlarını dəf edərək, İŞİD-ə ağır xəsarətlər vurdu.

 

Teqlər