Sionist rejim Livan Hizbullahının qüdrətini etiraf edib
https://azeri.sahartv.ir/news/qərbi_asia-i275682-sionist_rejim_livan_hizbullahının_qüdrətini_etiraf_edib
Sionist rejim mənbələri etiraf ediblər ki, işğal olunmuş Fələstinlə Livan arasındakı sərhəddə divarın çəkilməsi layihəsinin reallaşması da Hizbullah müqavimət qüvvələrinin sərhəd şəhərciklərinin daxilinə nüfuzu qarşısında bir maneə ola bilməz.
(last modified 2024-06-22T21:55:02+00:00 )
İyul 09, 2017 12:01 Asia/Baku
  • Sionist rejim Livan Hizbullahının qüdrətini etiraf edib
    Sionist rejim Livan Hizbullahının qüdrətini etiraf edib

Sionist rejim mənbələri etiraf ediblər ki, işğal olunmuş Fələstinlə Livan arasındakı sərhəddə divarın çəkilməsi layihəsinin reallaşması da Hizbullah müqavimət qüvvələrinin sərhəd şəhərciklərinin daxilinə nüfuzu qarşısında bir maneə ola bilməz.

Əlaləm telekanalının məlumatına görə, sionist rejimin ikinci telekanalı bildirib ki, ola bilsin, Fələstinlə Livan arasında sərhəddə divarın çəkilməsi müəyyən qədər Hizbullah qüvvələrinin irəliləyişini təxirə salsın, amma Hizbullahın Suriyadakı roluna əsasən, müqavimət qüvvələri yüksək etimad və təcrübəyə malikdirlər və bu divarın çəkilişi Hizbullahın işğal olunmuş Fələstinin şimalındakı şəhərciklərə ehtimal olunan hücumu yolunda maneə ola bilməz.

Bundan öncə də sionist rejim başçıları, o sıradan bu rejim ordusunun müştərək qərargah rəisinin müavini Yaiyer Qolan Livan Hizbullahının qüdrətinin artdığını etiraf edərək, bu hərəkatı sionist rejim üçün misilsiz bir təhdid adlandırmışdı.