BMT Yəməndə vaksin layihəsini dayandırdı
https://azeri.sahartv.ir/news/qərbi_asia-i276160-bmt_yəməndə_vaksin_layihəsini_dayandırdı
Ümumdünya Səhiyyət Təşkilatının sözçüsü Yəməndə vaksin layihəsinin icrasının dayandırılmasından xəbər verib.
(last modified 2024-06-22T21:55:02+00:00 )
İyul 13, 2017 16:45 Asia/Baku
  • BMT Yəməndə vaksin layihəsini dayandırdı
    BMT Yəməndə vaksin layihəsini dayandırdı

Ümumdünya Səhiyyət Təşkilatının sözçüsü Yəməndə vaksin layihəsinin icrasının dayandırılmasından xəbər verib.

İSNA-nın məlumatına görə, Kristiyan Lindmir cümə axşamı deyib: Yəməndə əhaliyə peyvənd vurulması son dərəcə çətindir. Müharibə və təhlükəsizliyin olmaması Yəməndə normal fəaliyyətə imkan vermir. 

BMT-nin Yəməndəki koordinatoru Cimi Mək Qoldrik də deyib: Yəməndə əhalinin vaksinlə təmin edilməsi layihəsi toqquşmaların artmasına görə dayandırılıb. 

Onun dediyinə görə, Yəməndə 10 milyon insan təcili humanitar yardıma ehtiyaclıdır. 

Ərəbistanın Yəməni fasiləsiz olaraq hücumlara məruz qoyması ölkəni yaşanmaz hala salıb.