İyul 16, 2017 15:00 Asia/Baku
  • Yezidilərə dövlət qayğısı
    Yezidilərə dövlət qayğısı

İraq dövlətinin muqrasiya nazirliyi bildirib ki, terrorçu İŞİD qrupundan xilas olan yezidi qızlara yardım üçün 800 min dollar vəsait ayrılıb.

İRNA-nın verdiyi məlumata görə, İraqın miqrasiya nazirliyi bu gün bir bəyanat yayaraq rəsmi Bağdadın İŞİD-dən qaçan yezidi qızlar və qadınlara maliyyə yardım qərarına toxunaraq bildirib ki, yezidi qızların məruz qaldıqları psixi təzyiqlərdən sonra onlara bu kimi maliyyə yardımlar zəruridir. 

İraq parlamentinin üzvü və yezidi kürdlərin nümayəndəsi  Vian Dəxil miqrasiya nazirliyinin bu qərarını müsbət qarşılayaraq deyib: Həyata keçmiş müzakirələr və razılaşmalara əsasən azadlığa buraxılan hər bir yezidi qadın və qız bir başa maliyyə dəstəyindən faydalanır və beləliklə həyatda öz yerini tapmağa imkan əldə edir. 

Təkfirçi Terrorçu İŞİD qrupu 2014-cü ildə yezidilərin yaşadıqları Sincar şəhərini işğal edərək minləri qadın və qızı əsir götürdü və Mosul və Riqqə bazarlarında qul kimi satışa buraxdı. 

Teqlər