Bir BMT təyyarəsi Səna hava limanına enib
Sen 01, 2017 07:36 Asia/Baku
BMT-nin humanitar yardımlar daşıyan bir təyyarəsi dünən Səna beynəlxalq hava limanına enib.
38 ton dərman, tibb ləvazimatı, elektrik generatoru və humanitar yardım çadırı daşıyan bir təyyarə dünən Səna beynəlxalq hava limanına enib.
Ərəbistanın Yəmənə qarşı hücumunun başlandığı 2015-ci ilin martından bəri Səna beynəlxalq hava limanının fəaliyyəti pozulub, 2016-cı ilin avqustunda isə aeroport tamamilə bağlanıbdır. Ötən bir ildən bəri BMT-nin yardım yükləri bu ölkəyə daxil ola bilməyibdir.
Yəmənli xəstələrin bu ölkədən kənara çıxmaları üzrə yeganə yol olan Səna beynəlxalq hava limanının bağlanması minlərlə yəmənlinin həyatını təhlükəyə salıbdır.
Teqlər