Sen 10, 2017 07:48 Asia/Baku
  • ABŞ və İsrail rejiminin yaşıl işığı ilə Myanmada müsəlmanlara qarşı cinayət
    ABŞ və İsrail rejiminin yaşıl işığı ilə Myanmada müsəlmanlara qarşı cinayət

Yəmən Ənsarullah xalq hərəkatının baş katibi deyib: Myanmada müsəlmanlara qarşı cinayətlər ABŞ-ın təşviqi və İsrail rejiminin silahlandırması ilə həyata keçirilir.

Yəmən Ənsarullah xalq hərəkatının baş katibi Əbdülmalik Bədrəddin əl-Husi şənbə günü gecə Qədir bayramı münasibətilə deyib: "Nə üçün Səudiyyə rejimi və Birləşmiş Ərəb Əmirlikləri Myanma hökumətinin Ruhinqa müsəlmanlarına qarşı cinayətlərinə mane olmurlar?

Myanma ordusunun Raxin əyalətindəki Ruhinqa müsəlmanlarına qarşı avqustun 25-də başlanan hücumları nəticəsində minlərlə insan ölüb və yaralanıb, təxminən 300 min nəfər də didərgin düşübdür. Myanma müsəlmanlarının heç bir vətəndaşlıq haqqı yoxdur.

Əbdülmalik Bədrəddin əl-Husi amerikalıların bu gün müsəlmanların bütün işlərinə müdaxilə etdiklərinə işarə edərək, deyib: "Vaşinqton İslam ümmətinin proqramını hazırlayır və bu arada, bütün məsələlərdə öz maraqlarını əsas götürür.

Teqlər