10 minlərlə yəmənli sivil Ərəbistanın hücumlarının qurbanı
-
10 minlərlə yəmənli sivil Ərəbistanın hücumlarının qurbanı
Yəmənin Qanuni Hüquq və İnkişaf Mərkəzi Ərəbistanın Yəmənə olan 900 günlük hücumları zamanı 34 mindən çox insanın ölməsi və yaralanmasından xəbər verib.
Fars xəbər agentliyinin verdiyi məlumata görə, Yəmənin Qanuni Hüquq və İnkişaf Mərkəzi öz hesabatında bildirib: Ərəbistanın ötən 900 gündə Yəmənə olan hücumları zamanı 13 min yəmənli mülki həlak olub, 21 min nəfər isə yaralanıb.
Bu məlumata görə, Ərəbistaın Yəmənə olan hücumları zamanı həlak olanlar arasında 768 uşaq və 980 qadın var. Yaralılar arasında isə bu rəqəm müvafiq olaraq 598 uşaq və 2149 qadındır.
Yəmənin Qanuni Hüquq və İnkişaf Mərkəzinin son hesabatına əsasən Ərəbistanın Yəmənə olan hücumları zamanı 15 hava limanı, 14 dəniz limanı, 1941 körpü və şose yolu, 165 elektrik stansiyası, 409 su kanalı və su anbarı, 372 rabitə qovşağı və 1645 dövlət strukturu dağıdılıb.
Həmçinin, 406289 yaşayış evi və 773 məscid də Ərəbistanın hücumları zamanı dağıdılıb.