Ərəbistan və Britaniya hərbi-təhlükəsizlik anlaşması imzalayıblar
https://azeri.sahartv.ir/news/qərbi_asia-i282939-Ərəbistan_və_britaniya_hərbi_təhlükəsizlik_anlaşması_imzalayıblar
Səudiyə Ərəbistanı və Britaniya çərşənbə axşamı bir hərbi-təhlükəsizlik anlaşması imzalayıblar.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 20, 2017 08:54 Asia/Baku
  • Ərəbistan və Britaniya hərbi-təhlükəsizlik anlaşması imzalayıblar
    Ərəbistan və Britaniya hərbi-təhlükəsizlik anlaşması imzalayıblar

Səudiyə Ərəbistanı və Britaniya çərşənbə axşamı bir hərbi-təhlükəsizlik anlaşması imzalayıblar.

İRNA-nın məlumatına görə, bu anlaşma sənədi Ərəbistan vəliəhdi Məhəmməd bin Salman və Britaniyanın müdafiə naziri Maykl Fallon tərəfindən imzalanıb. Bu hərbi-təhlükəsizlik anlaşmasının detallarına aydınlıq gətirilməyib. 

Bu anlaşma sənədi Yəmənin artıq 2 ildən çoxdur ki, Britaniya hökuməti tərəfindən tam dəstək alan Ali Səud rejimi tərəfindən amansız hücumlara məruz qaldığı bir şəraitdə imzalanır. 

Britaniya və Amerikadan aldığı silahlarla Yəmən xalqına qarşı dəhşətli cinayətlər törədən Ərəbistan indiyə kimi 12 min mülkini qırğın edib. Ölənlər arasında qadınlar və uşaqlar çoxluq təşkil edir. 

Rəsmi statistik məlumatlara görə, Ərəbistan Britaniyanın ən iri silah müştərisidir.