Bir qrup Ərəbistan hərbçisi Yəmən ilə sərhəd məntəqədə əsir götürülüb
https://azeri.sahartv.ir/news/qərbi_asia-i283203-bir_qrup_Ərəbistan_hərbçisi_yəmən_ilə_sərhəd_məntəqədə_əsir_götürülüb
Yəmən ordusu və xalq komitələri qüvvələri Nəcran məntəqəsində bir qrup Ərəbistan hərbçisini əsir götürüblər.
(last modified 2024-06-22T21:55:02+00:00 )
Sen 22, 2017 17:57 Asia/Baku
  • Bir qrup Ərəbistan hərbçisi Yəmən ilə sərhəd məntəqədə əsir götürülüb

Yəmən ordusu və xalq komitələri qüvvələri Nəcran məntəqəsində bir qrup Ərəbistan hərbçisini əsir götürüblər.

Fars xəbər agentliyinin Sputnik informasiya agentliyinə istinadla verdiyi məlumata görə, cümə günü Ərəbistan hərbçilərinin Nəcran vilayətində Şərfə bazasına hücumunun zərərsizləşdirilməsinin ardınca, bir qrup Ərəbistan hərbçisi ölüb və yaralanıb. Bir neçə hərbçi isə əsir götürülüb. Nəcranda yerləşən Şərfə bazası hazırda yəmənli qüvvələrin nəzarəti altındadır.

Yəmən ordusu və xalq qüvvələri Ələb məntəqəsində də Ərəbistan hərbçilərinin mövqelərinə hücumlar təşkil ediblər.