Sen 23, 2017 17:56 Asia/Baku
  • Məsud Barizani
    Məsud Barizani

İraqın şimal məntəqələri sakinlərinin bu ölkənin Kürdüstan məntəqəsinin ayrılmasına dair referendumun keçirilməsinə qarşı geniş etirazlarına rəğmən, bu məntəqənin başçısı Məsud Barizani bir daha bu referendumun sentyabrın 25-də keçirilməsini vurğulayıb.

Məsud Barizani dünən axşam Ərbil şəhərində İraq Kürdüstanının ayrılması barədə referendumun keçirilməsinə dəstək konfransında kürdlərin bu referendumda fəal iştirakını istəyib və bildirib ki, İraqın mərkəzi dövləti ilə tərəfdaşlıq zamanı başa çatıbdır.

İraq Kürdüstanı məntəqəsinin başçısı əlavə edib: Bağdad ilə danışıqlar hal-hazırda dayandırılıb və referendumun keçirilməsindən sonra bütün sahələrdə ciddi danışıqlar bərpa olunacaqdır.

İraqın şərqi və şimalındakı Diyalə, Səlahəddin və Neynəva vilayətləri əhalisinin müxtəlif təbəqələrindən minlərlə nəfər son günlər və dünən etiraz aksiyaları keçirərək, İraq Kürdüstanının ayrılması barədə referendumun keçirilməsi ilə öz müxalifətini elan edibdir.

Teqlər