Vəlid Müəllim: ABŞ helikopterləri İŞİD terrorçularını daşıyırlar
Suriyanın xarici işlər naziri ABŞ helikopterlərinin Suriyada İŞİD terrorçularını bir məkandan, digər məkana köçürməklə məşğul olduqlarını bildirib.
Vəlid Müəllim Livanın Əl-Məyadin informasiya kanalı ilə müsahibədə deyib: ABŞ İŞİD terrorçularını, onlardan Suriyanın digər məntəqələrində istifadə etmək üçün, qorumağa çalışır.
Suriya xarici işlər naziri ABŞ-ın terrorizmin məhv olmasını istəmədiyini deyərək, vurğulayıb: ABŞ qırıcıları Suriyada minlərlə mülki əhalini İŞİD ilə mübarizə aparmaq bəhanəsi ilə qırğın edib.
Vəlid Müəllim əlavə edib: ABŞ və Rusiyanın Suriyadakı iştirakı arasında fərq qoyulmalıdır. Çünki, ABŞ hərbçilərinin iştirakı Suriya ərazisinə təcavüzdən başqa bir şey deyil.
Vəlid Müəllim İsrailin Həmanın ətrafına olan son hücumu barədə də deyib: İsrail qırıcıları Suriya səmasına daxil olmayıblar. Onlar, Livan səmasından Suriyaya doğru raket atıblar.
Suriya xarici işlər naziri ölkəsinin ordu və müttəfiq qüvvələrin qələbələri sayəsində böhranın sonlarına yaxınlaşdığını bildirib və deyib: Suriya hökuməti geri qayıtmaq istəyən vətəndaşlarının təhlükəsizliyini təmin etməyə hazırdır. Amma, onları geri qayıtmağa məcbur etmək də olmaz.
Vəlid Müəllim ölkədə quruculuq və yenidənqurma işləri barədə də deyib: Dəməşq Suriya xalqının qırğın edilməsində əli olan tərəflər ilə ölkənin quruculuğunda əməkdaşlıq edə bilməz. Suriyalılar və Suriya qarşısında fitnəkarlıq etməyən ölkələr bu ölkənin abadlaşdırılmasında iştirak edəcəklər.