Nuri Əl-Maliki xəbərdarlıq edib
https://azeri.sahartv.ir/news/qərbi_asia-i285456-nuri_Əl_maliki_xəbərdarlıq_edib
İraq prezidentinin müavini Nuri Əl-Maliki bu ölkədə parlament seçkilərinin təxirə salınmasının mənfi nəticələri barədə xəbərdarlıq edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 19, 2017 18:09 Asia/Baku
  • Nuri Əl-Maliki
    Nuri Əl-Maliki

İraq prezidentinin müavini Nuri Əl-Maliki bu ölkədə parlament seçkilərinin təxirə salınmasının mənfi nəticələri barədə xəbərdarlıq edib.

Əl-Məyadin telekanalının verdiyi məlumata görə, Əl-Maliki deyib: Əgər seçkilər təxirə salınarsa ölkədə konstitusiya böhranı yaranacaq. O deyib: Amerikanın İraqda seçkilərin təxirə salınmasına nəqədər meyilli olması hələ bəlli deyil. 

Maliki deyib: Əgər İraqda seçkilərə təxirə salınarsa biz konstitusiya böhranı ilə üz-üzə duracağıq və bu da beynəlxalq müdaxilələrə və İraq böhranının beynəlxalq mahiyyət kəsb etməsinə gətirib çıxaracaq, demokratik siyasi prosses sona çatacaq, İraqda hökumətin qurulması xarici qüvvələrin nəzarətinə keçəcək. Əlbəttə ki, İraqda seçkilərin təxirə salınmasına meyillər var amma Amerikanın yaxud BMT-nin buna nədərəcədə meyilli olmalarını biz bilmirik. Prezident Aparatı, parlament və hökumətin iştirakı ilə siyasi şuranın iclasında seçkilərin təxirə salınması mövzusu ortaya atılanda bunun üçün heç bir qanuni əsas olmadığını dedim və mənə cavab olaraq qardaşlardan biri söylədi ki, bunun üçün bir dəlil var və o da məcburiyyət şəraitidir.