Noy 12, 2017 09:36 Asia/Baku
  • İraqın Kərkük vilayətində kütləvi məzarlarda 400 cəsəd aşkar edilib
    İraqın Kərkük vilayətində kütləvi məzarlarda 400 cəsəd aşkar edilib

Kərkük valisi Huveycənin yaxınlığında bir neçə kütləvi məzarın və 400 cəsədin aşkar edilməsindən xəbər verib.

İRİB-nin verdiyi məlumata görə, Rakan Səid şənbə günü deyib: Bu kütləvi məzarlar Huveycənin 3 km cənub-qərbində yerləşən Əl-Bəkarə hərbi bazasında aşkar edilib. 

Kərkük valisi həmçinin deyib: dövlət qüvvələri yerli sakinlərin köməkliyi ilə Əl-Bəkarədəki kütləvi məzarları aşkar ediblər. Bu kütləvi məzarlardakı bəzi cəsədlərin üzərində ölümə məhkum edilmiş məhbuslara məxsus qırmızı yuniformalar olub. Bəzi cəsədlər isə mülki geyimdədirlər. 

Məntəqə sakinlərindən birinin dediyinə görə, ötən 3 ildə bu məntəqə İŞİD-in işğalı altında olub. Bu müddət ərzində İŞİD terrorçuları əsirlərini burada qətlə yetirər və ya onları yandırarmışlar. 

Huveycə İŞİD terrorçularının əsas bazalarından biri sayılırdı və cari ilin oktyabrında İraq ordusu tərəfindən azad edilib. 

Teqlər