Terrorçular İraqı Suriya istiqamətində tərk edirlər
https://azeri.sahartv.ir/news/qərbi_asia-i286431-terrorçular_İraqı_suriya_istiqamətində_tərk_edirlər
İraqın Əl-Ənbar vilayətində elat qüvvələri sözçüsü 1500-dən çox terrorçunun Əl-Ənbar vilayətinin qərbində yerləşən Ravə şəhərini Suriya istiqamətində tərk etməsindən xəbər verib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 12, 2017 15:28 Asia/Baku
  • Terrorçular İraqı Suriya istiqamətində tərk edirlər
    Terrorçular İraqı Suriya istiqamətində tərk edirlər

İraqın Əl-Ənbar vilayətində elat qüvvələri sözçüsü 1500-dən çox terrorçunun Əl-Ənbar vilayətinin qərbində yerləşən Ravə şəhərini Suriya istiqamətində tərk etməsindən xəbər verib.

İRİB-nin verdiyi məlumata görə, Ğəssan İsavi deyib: Ordu və könüllü xalq qüvvələrinin Ravə şəhərinə doğru irəliləməsi ilə terrorçular Suriyaya doğru qaçmağa başlayıblar.

İsavinin dediyinə görə hazırda ordu və xalq qüvvələri Qadisiyyə məhəlləsinə qədər irəliləyiblər.

Əl-Ənbar vilayəti elat qüvvələri sözçüsü Ğəssan İsavi həmçinin deyib: İraqlı qüvvələr şənbə günü Fərat çayını keçərək, Ravə şəhərinin 5 kilometrliyində yerləşən Rumana məntəqəsini terrorçulardan azad ediblər.