Noy 13, 2017 13:27 Asia/Baku
  • Suriyanın Bukəmal şəhərində onlarla İŞİD terrorçusu məhv edilib
    Suriyanın Bukəmal şəhərində onlarla İŞİD terrorçusu məhv edilib

Suriya ordusunun ölkənin şərqində yerləşən Bukəmal şəhərinin ətraf məntəqələrinə qarşı olan hücumları zamanı onlarla İŞİD terrorçusu öldürülüb.

Suriyanın dövlət xəbər agentliyi SANA-nın verdiyi məlumata görə, Suriya ordusunın qırıcı təyyarələri dünən Bukəmal şəhərinin ətrafında İŞİD terrorçularının mövqelərinə onlarla raket zərbəsi endirib. Bu hücumda Hani Əl-Səlci, Əbu Mənzər Əl-Şişani  və Əbu Məhəmməd Əl-Safi kimi terrorçu dəstə başçıları daxil olmaqla onlarla İŞİD terrorçusu məhv edilib.

Suriya ordusunun hava hücumları zamanı terrorçulara məxsus çoxlu sayda silah və hərbi təchizat da məhv edilib. 

Bu arada ordu və müqavimət qüvvələri İŞİD terrorçularını tam şəkildə məhv etmək üçün Deyrəzzur şəhərinin şimalında yerləşən Hüveycə Qate məntəqəsinə doğru irəliləyirlər. 

İŞİD terrorçuları Hüveycə Qate məntəqəsində dinc sakinlərdən canlı qalxan kimi istifadə edirlər. Bunu nəzərə alaraq, Suriya ordusu və müqavimət qüvvələri sivil əhali arasında insan tələfatını minimuma endirmək üçün tam ehtiyatla hərəkət edir. 

Hüveycə Qate məntəqəsinin azad edilməsi ilə Deyrəzzur şəhərinin qərb hissəsində təhlükəsizlik tam təmin edilmiş olacaq. 

Suriya ordusu və silahlı qüvvələrinin baş komandanlığı ötən cümə axşamı bir bəyanat yayaraq, strateji əhəmiyyətli Bukəmal şəhərinin İŞİD terrorçularının işğalından azad olunduğunu rəsmən elan etdi. 

Teqlər