Livan prezidenti: Əsəd iqtidarda qalacaq
https://azeri.sahartv.ir/news/qərbi_asia-i287879-livan_prezidenti_Əsəd_iqtidarda_qalacaq
Livan prezidenti Suriya prezidenti Bəşşar Əsədin iqtidarda qalmasını vurğulayıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 30, 2017 10:23 Asia/Baku
  • Livan prezidenti: Əsəd iqtidarda qalacaq
    Livan prezidenti: Əsəd iqtidarda qalacaq

Livan prezidenti Suriya prezidenti Bəşşar Əsədin iqtidarda qalmasını vurğulayıb.

Əl-Məyadin televiziyasının məlumatına görə, Livan prezidenti Mişel Oun deyib: Bəşşar Əsəd iqtidardadır və Suriya demokratik dəyişikliyin şahidi olacaq. 

Mişel Oun bildirib: Hizbullah Livan daxili və xaricində İŞİD terrorçuları ilə savaşır və terrorizmlə savaş bitdiyi zaman Hizbullah qüvvələri ölkəyə qayıdacaqlar. 

Mişel Oun həmçinin Livanın problemlərinin gələn günlərdə sona çatacağını bildirərək deyib: Səd Həriri bu ölkənin baş naziri vəzifəsində qalacaq. 

Bu arada Səd Həriri gələn həftə öz istefasını geri götürməsinin ehtimalından xəbər verib və bildirib: Lİvanın atmosferi çox müsbətdir. 

Səd Həriri 4 noyabrda Ərəbistan paytaxtı Ər-Riyadda oxuduğu bəyanatda Livan baş naziri vəzifəsindən istefa verdi. Lakin Səudiyyə Ərəbistanında naməlum istefasından 18 gün sonra Beyruta döndü.