Dek 25, 2017 17:56 Asia/Baku
  • İraq xi naziri: Əlhəşduşşəbi qanuni orqandır
    İraq xi naziri: Əlhəşduşşəbi qanuni orqandır

İraqın xarici işlər naziri İbrahim Əlcəfəri xalq səfərbər qüvvələrini himayə edərək deyib ki, Əlhəşduşşəbi bu ölkədə qanuni hərbi bir orqandır.

İraqın xarici işlər naziri bu gün yayılmış "Əkaz" səud qəzeti ilə müsahibədə Əlhəşduşşəbinin İraqın silahlı qüvvələrinin bir hissəsi kimi seçkilərdə iştirak etmək üzrə qanuni haqqına işarə edərək, deyib: Bu qanuni orqan İraqın digər hərbi orqanları kimi İraq silahlı qüvvələrinin baş komandanı kimi Heydər Əlibadinin komandanlığı altında hərəkət edir.

İbrahim Əlcəfəri "xərçəng" adlandırdığı İraqa hakim kəsilmiş siyasi vəzifələrin paylanması" metodunu tənqid edərək, deyib: Siyasi orqanlar bu üsulu ləğv etmək,eləcə də İraqda etnik, dini və məzhəbi müxtəlifliyi qəbul edərək, ləyaqət prinsipi əsasında əməl etməlidirlər.

İraqın xarici işlər naziri əsas qanunun həyata keçməsini ölkəsində birliyə zəmanət adlandıraraq, İraqda demokratiyanın tam şəkildə reallaşmasını vurğulayıbdır.

İraqda növbəti parlament seçkiləri 2018-ci il mayın 12-də keçiriləcək.

Teqlər