Dek 31, 2017 15:52 Asia/Baku
  • Yüzlərlə izədi uşağı İŞİD ailələrində saxlanılır
    Yüzlərlə izədi uşağı İŞİD ailələrində saxlanılır

İraq parlamentindəki bir izədi nümayəndəsi Bağdad və Neynəva vilayətlərində İŞİD təkfirçiləri ailələrində 1200 izədi uşağının saxlanılmasından xəbər verib.

İraq parlamentində kürd və izədi nümayəndəsi Fiyan Dəxil əlavə edib: Oğurlanmış uşaqlar hazırda Bağdadın şimalındakı Əltaci və Mosulun ətrafındakı Təlkif şəhərlərində saxlanılırlar.

İraq Kürdüstanı məntəqəsində izədi kürdlərinin azad edilmələri ofisinin müdiri Hüseyn Qaidi ötən cümə axşamı günü bildirmişdi ki, azı üç min izədi uşağı hələ İraq və Suriyada İŞİD ünsürlərinin əsirliyindədir.

İŞİD-in Neynəva vilayətinə qarşı hücumundan sonra Sincar məntəqəsinin sakinlərindən 700 min nəfər İŞİD-in qətli-amından qorxaraq, dağlara sığınmışdı. İŞİD-çilər çatdıqları hər yerdə izədiləri qətli-am edib, onların qadın və uşaqlarını əsir götürüb, bəzi məntəqələrdə həmin məntəqələrin sakinlərini dar ağacından asıb, başını kəsib və öldürüblər.

Teqlər