Yan 21, 2018 21:33 Asia/Baku
  • Əsəd İrana təşəkkür etdi
    Əsəd İrana təşəkkür etdi

Suriya prezidenti Bəşşar Əsəd İran İslam Respublikasının Suriya xalqına olan yardımlarını alqışlayıb və deyib: İranlı qüvvələrin və onların müttəfiqlərinin savaş meydanındakı dözümlülüyü Suriya ordusu və xalqının terrorçular üzərindəki qələbələrində böyük rola malik olub.

Bəşşar Əsəd bazar günü Dəməşqdə İran İslam Respublikasının Xarici Əlaqələr Strateji Şurasının sədri Kamal Xərrazi ilə görüşdə İraq və regionda terrorizm ilə mübarizənin tez bir zamanda yekunlaşmasını arzu edərək, deyib: Ümidvaram Suriyanın şimalındakı kürdlər rəsmi Dəməşq ilə anlaşsınlar və bu məntəqə ABŞ və terrorizmi himayə edənlərin nüfuzundan xaric olsun.

Bəşşar Əsəd həmçinin deyib: Türkiyənin Suriyanın şimalına hərbi müdaxiləsi, rəsmi Ankaranın Suriya böhranının başlandığı zamandan bəri yürütdüyü müdaxilə siyasətinin davamıdır.

Teqlər